Portuqaliyalı futbolçu İbrahimoviçin uğurunu təkrarladı
Portuqaliya millisinin futbolçusu Rafael Leau Zlatan İbrahimoviçin “Milan”dakı uğurunu təkrarlayıb.
Msport.az xəbər verir ki, 25 yaşlı hücumçu buna “Jirona”ya qalib gəldikləri (1:0) Çempionlar Liqası matçında fərqlənməklə nail olub.
O, qitənin bir nömrəli klub turnirində ardıcıl üç matçda fərqlənə bilib.
İbrahimoviç 2011/2012 mövsümündə bunu bacarıb.