featured-image-44913

“Vulverhempton”da çıxış edən Pedru Netu daha bir klubun diqqət mərkəzinə düşüb.

Msport.az “Football Insider” nəşrinə istinadən xəbər verir ki, “Tottenhem” portuqaliyalı vingeri transfer etmək niyyətindədir.

24 yaşlı oyunçu ilə “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Nyukasl Yunayted” də maralanır.

Qeyd edək ki, Netu 2019-cu ildən “canavarlar”da çıxış edir. O, cari mövsüm 23 matçda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər