featured-image-32304

Leonardu Jardim Qətərin “Əl- Rayan” klubunun baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Jardim son illərdə Ərəb ölkələrində fəaliyyət göstərirdi. O, 2021-2022-ci illər mövsümündə “Əl Hilal”ın, ötən il isə “Şabab Əl Əhli”ni çalışdırıb.

Jardim məşqçi kimi ən böyük uğurlarını “Monako”da işləyərkən əldə edib. “Knyazlıq komandası” 2016\2017 mövsümündə Fransa çempionu olub və ÇL-də yarımfinala kimi irəliləyib.

Jardim “Monako”dan ayrıldıqdan sonra bir müddət işsiz qalıb.

Bənzər xəbərlər