featured-image-24667

Çempionlar Liqasının 1\8 final mərhələsinin “Borussiya Dortmund”la cavab oyununda “Çelsi”nin baş məşqçisi Qrem Potter Havertzin təkrar penaltisinə baxa bilməyib. Msport.az xəbər verir ki, London klubu 2:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib:

“Mən Kayın vurduğu ilk penalti zərbəsinə baxdım. İkinci zərbə zamanı isə fikirləşdim ki, oturum və tribunaların səsini dinləyim. Bilmirəm, niyə belə elədim. Bəlkə də ola bilər, “fart”a görə. Tribunaların səsini eşidəndə başa düşdüm ki, artıq baxmaq təhlükəli deyil.

Biz Havertsə inanırdıq, o, bizim ştatlı penalti vuranımızdır. O, belə gərgin anda qol vuraraq, göstərdi ki, vacib anların oyunçusudur”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər