featured-image-75299

Azərbaycan Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçirilib.

Msport.az xəbər verir ki, günün yeganə matçında “Araz-Naxçıvan” Yevlax şəhər stadionunda autsayder “Karvan-Yevlax”ın qonağı olub.

Naxçıvan təmsilçisi səfər matçından 2:0 hesablı qələbə ilə dönüb.

 

Premyer Liqa

XXI tur

21 fevral

 

14:30. “Karvan” + “Araz-Naxçıvan” 0:2 

Qollar: Felipe Santos, 32, 51-pen.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev

VAR: Tural Qurbanov

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Yevlax şəhər stadionu

 

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” “Zirə”ni (2:0) məğlub edib. “Sumqayıt” – “Qəbələ” oyununda isə qapılara qol vurulmayıb. Bu gün keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb.

XXI tura fevralın 22-də yekun vurulacaq.

Bənzər xəbərlər