featured-image-23826

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro İngiltərə Premyer Liqası ilə İspaniya çempionatını müqayisə edib.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu İngiltərədə oynamağın daha çətin olduğunu deyib:

“Mən La Liqanı qiymətləndirməmək istəmirəm. Lakin Premyer Liqada oyunlar daha gərgin keçir, daha çox hərəkət var.
İspaniyada adətən tiki-takaya üstünlük verirlər. Burda isə daha çox hərəkət var, hücuma çox fikir verilir.

İstəyirəm məni burda çempionatları qazanan futbolçu kimi tanısınlar. Biz bilirik ki, hər oyunu gərgin keçən Premyer Liqada titul qazanmaq çətindir. Premyer Liqa dünyanın ən çətin çempionatıdır”.

Kazemiro 2013-2022-ci illərdə “Real”da çıxış edib. 30 yaşlı futbolçu 2022-ci ilin avqustunda “Real”dan “Mançester Yunayted’ə 70,65 milyon avroya keçib.

Bənzər xəbərlər