Premyer Liqa klubları Onana ilə maraqlanır
“Çelsi” və “Mançester Yunayted” “İnter”in qapıçısı Andre Onana ilə maraqlanır.
Msport.az ‘La Gazzatta dello Sport”a istinadən xəbər verir ki, “zadəganlar” kamerunlu qolkiperə Eduar Mendinin əvəzləyicisi kimi baxır.
“Qırmızı şeytanlar”ın marağının səbəbi isə baş məşqçidir. Erik ten Haq Onananın oyun tərzini bəyənir.
“İnter” qapıçısını 40 milyon avroya satmağa hazırdır.
O, bu mövsüm İtaliya A seriyasında 17 oyundan 7-də qapısının toxunulmazlığını qoruya bilib.
ANAR







