Premyer Liqa klublarının agentlərə ödədiyi illik qonorar - 409 milyon
İngiltərə klublarının il ərzində futbol agentlərinə ödədikləri məbləğ müəyyənləşibş
Msport.az xəbər verir ki, komandalar buna görə ümumilikdə 409 milyon funt-sterlinq xərc çəkiblər.
Bu, 2024-cü il fevralın 2-dən 2025-ci il fevralın 3-nə qədər müddətdə hesablanıb. Agentlərə ən çox qonorar ödəyən klub “Çelsi”dir (60,38 milyon). Ən az ödənişi isə “İpsviç” edib(6,26 milyon).
İngiltərənin digər nəhənglərindən “Mançester Siti” 52,1 milyon, “Mançester Yunayted” 33,02 milyon, “Arsenal” 22,79 milyon, “Liverpul” 20,83 milyon, “Tottenhem” isə 18,4 milyon funt-sterlinq qonorar ödəyib.