Premyer Liqa klubu 33 yaşlı futbolçu ilə yeni müqavilə bağladı
“Nottinqem Forest” klubu 33 yaşlı Kris Vudla yeni müqavilə imzalayıb. Msport.az xəbər verir ki, anlaşmaya əsasən, yeni zelandiyalı hücumçunun anlaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Vud bu mövsüm bütün turnirlərdə 23 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə verib.
O, “Nottingem Forest”dən əvvəl “Nyukasl”, “Börnli”, “Lester”, “Birmingem”, “Vest Bromviç” kimi klublarda çıxış edib.
Forvard Yeni Zelandiya millisində 80 oyunda 41 qol vurub.