Premyer Liqa klubu baş məşqçi axtarışında
“Mançester Yunayted” yeni baş məşqçi axtarışlarına başlayıb.
Msport.az xəbər verir ki, İngiltərə təmsilçisi bu vəzifəyə almaniyalı mütəxəssis Yulian Naqelsmannı gətirməyi düşünür.
Məşqçinin nümayəndələri İngiltərə klubu ilə danışıqlara hazırdırlar. Naqelsmannın menecerləri klubun gələcək planları ilə tanış olmaq və təklif olunan layihənin onun futbol prinsiplərinə və baxışlarına nə dərəcədə uyğun gəldiyini qiymətləndirmək istəyir.
“Mançester Yunayted” rəhbərliyi hazırkı baş məşqçi Maykl Kerrikin komandanı uzunmüddətli inkişaf yoluna çıxara biləcəyinə şübhə edir. Bildirilir ki, Kerrikin vəzifəsində qalması üçün əsl möcüzəyə ehtiyacı var.
Qeyd edək ki, Kerrik 2026-cı ilin yanvarında “Mançester Yunayted”ə rəhbərlik etməyə başlayıb. Komanda İngiltərə çempionatında keçirdiyi 6 oyunda 6 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.







