featured-image-70035

İngiltərənin “Vest Hem” klubu baş məşqçisi ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, Qrem Potter istefaya göndərilib.

“Komandanın ötən mövsümün ikinci hissəsində və cari çempionatın əvvəlindəki çıxışı və nəticələri ümidləri doğrultmadı. Direktorlar Şurası hesab edir ki, təcili dəyişikliklərə ehtiyac var. Direktorlar Şurası Potterə gələcək karyerasında uğurlar arzu edir” – klubun açıqlamasında belə deyilir.

Potter 2025-ci ilin yanvarında “Vest Hem”in baş məşqçisi təyin olunmuşdu.  5 turdan sonra 3 xal toplayan komanda turnir cədvəlində 19-cu yeri tutur.

 

Bənzər xəbərlər