Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi - RƏSMİ
“Vulverhempton” baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssis ötən ilin dekabrdında “Vulverhempton”un “sükanı” arxasına keçmişdi.
Komanda bu mövsüm 10 oyundan sonra 2 xal toplayıb və turnir cədvəlində sonuncu 20-ci yeri tutur.







