Premyer Liqa klubu futbolçusuna qiymət qoydu
İngiltərənin “Aston Villa” klubu futbolçusu Duqlas Luisə 110 milyon funt-sterlinq qiymət qoyub.
Msport.az “Football Transfers” nəşrinə istinadən xəbər verir ki, bu, “Arsenal” kimi komandaların 25 yaşlı yarımmüdafiəçiyə marağını azaltmaq üçün edilib.
Luis 2019-cu ilin iyulunda “Mançester Siti”dən transfer olunub. O, həmin vaxtda 16,8 milyon avroya alınıb.
Qeyd edək ki, braziliyalı futbolçu cari mövsüm 23 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.