Premyer Liqa klubu ilə vidalaşdı
Yuri Tilemans “Lester”dən ayrıldığını açıqlayıb. Msport.az xəbər verir ki, belçikalı futbolçu instaqramda komanda yoldaşları ilə vidalaşıb.
Yarımmüdafiəçi “Lester” İngiltərə Premyer Liqasını tərk etdiyi üçün belə qərara gəlib.
Bir neçə klub onunla maraqlansa da, hələ ki heç bir komanda ilə rəsmi razılıq əldə olunmayıb.
Tilemans 2019-cu ildə “Monako”dan “Lester”ə 45 milyon avroya transfer olmuşdu. O, İngiltərə klubunda ölkə kubokunu və superkuboku qazanıb.
ANAR ABDULLAYEV







