Premyer Liqa klubu kamerunlu futbolçunu transfer etdi
“Vulverhempton” kamerunlu müdafiəçi Cekson Tçatçuanın transferini açıqlayıb. Msport.az xəbər verir ki, ötən mövsümü “Verona”da keçirən oyunçu ilə 5 illik müqavilə bağlanıb.
Transfermarkt Kamerun millisinin üzvünün dəyərini 12,5 milyon avro qiymətləndirir.
Müdafiəçi ötən mövsüm A seriyasında 36 oyunda meydana çıxıb. Tçatçua Belçikada “Şarlerua”nın da formasını geyinib.