Premyer Liqa klubu yeni baş məşqçisini açıqladı
İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”u kimin çalışdıracağı bəlli olub.
Msport.az xəbər verir ki, mövsümün sonunda komandadan ayrılacaq hazırki baş məşqçi Andoni İraolanı almaniyalı mütəxəssis Marko Roze əvəz edəcək.
Klub bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb. Marko ötən yaz “Leypsiq”dən ayrıldıqdan sonra bir ildən çoxdur ki, işsizdir.
Əla formada olan son 13 Premyer Liqa matçında məğlub olmayıb. Sözügedən komanda bu mövsüm İngiltərə Premyer Liqasında 33 oyundan 11-də qələbə qazanıb, 7-də məğlub olub və 15 heç-heçə edib. Komanda 48 xalla turnir cədvəlində 6-8-ci yerləri bölüşür. “Bornmut” növbəti matçını 22 apreldə evdə “Lids”ə qarşı keçirəcək.







