featured-image-65319

“Bornmut”un baş məşqçisi Andoni İraola “Real”la müqavilə imzalayan Din Heyseni əvəzləyəcək yeni müdafiəçi axtarışı ilə bağlı fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, çalışdırıcı başqa üslubda oyunçu almaq istədiklərini bildirib.

“Ola bilər ki, eynilə onun kimi futbolçu tapa bilməyəcəyik. Başqa oyunçular axtarmağa məcbur olacağıq. Yaxşı ki, bu keçid transfer dönəmi başlamazdan əvvəl baş verdi. Növbəti mövsümə hazırlaşmaq üçün vaxtımız var. İnanılmaz oyunçu itiririk, lakin yeni mövsümə hazırlaşmaq üçün hələ vaxtımız var”, – deyə İraola söyləyib.

Qeyd edək ki, Din Heysen “Bornmut”a ötən ilin yayında “Yuventus”dan keçib.

Bənzər xəbərlər