featured-image-19763

İngiltərənin “Nottingem Forest” klubunun yarımmüdafiəçisi Cessi Linqard uzun müddətə sıradan çıxıb.

Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu Premyer Liqanın 17-ci turu çərçivəsində baş tutan “Mançester Yunayted”lə səfər matçında (0:3) zədələnmişdi.

Müayinələr nəticəsində ingilis futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Linqard bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirib.

Bənzər xəbərlər