Premyer Liqa klubunda ciddi itki
İngiltərənin “Nyukasl” klubu ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin qapıçısı Nik Poup bir neçə ay yaşıl meydanlardan uzaq qala bilər.
O, “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gəldikləri XIV tur matçında çiynindən zədələndiyi üçün əvəzlənib.
31 yaşlı qolkiperin 4-5 aydan sonra sıraya dönəcəyi gözlənilir.







