featured-image-20265

İsveçrə yığmasının sabiq qapıçısı Eldin Yakupoviç İngiltərənin “Everton” klubundan ayrılıb.

Msport.az xəbər verir ki, 38 yaşlı qolkiper bundan sonra ABŞ-ın “Los Anceles” klubunun uğurları üçün çalışacaq.

Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli qolkiperlə 1+1 illik müqavilə imzalanıb. Yakupoviç 2022-ci ilin sentyabrında müqavilə bağladığı “Everton”dan azad agent kimi ayrılıb. Təcrübəli qolkiper “Qrasshopper”, “Tyun”, “Lokomotiv” (Moskva), “Olimpiakos” (Volou), “Aris”, “Hall Siti”, “Leyton Orient” və “Lester Siti” kimi klubların da formasını geyinib.

“Everton”un hücumçusu Tomas Kennon isə “Preston” klubuna icarəyə verilib. 20 yaşlı forvardın bu mövsümün sonuna kimi aşağı liqa klubunda forma geyinəcəyi açıqlanıb.

Bənzər xəbərlər