featured-image-45970

“Nyukasl” ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, kapitan Camal Laselles İngiltərə Premyer Liqasının XXX turunda “Vest Hem”lə oyunda (4:3) sıradan çıxıb.

Qarşılaşmanın 17-ci dəqiqəsində zədələnən oyunçu çarpaz bağındakı xəsarət səbəbindən 6-9 ay yaşıl meydanlardan uzaq qalacaq. Həkimlər onun sağ diz çarpaz bağının yırtıldığını açıqlayıb. 30 yaşlı mərkəz müdafiəçisi bu həftə əməliyyat olunacaq.

Daha əvvəl “Nyukasl”ın digər müdafiəçisi Sven Botman eyni zədə ucbatından 6 aylıq sıradan çıxıb.

Qeyd edək ki, Laselles bu mövsüm Premyer Liqada keçirdiyi 16 oyunda 1 qol vurub.

Bənzər xəbərlər