featured-image-63811

“Mançester Yunayted”in futbolçuları komandanın qapıçısı Andre Onananın çıxışından narazıdır.

Msport.az xəbər verir ki, daha əvvəl “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin 29 yaşlı qolkiperi türkiyəli Altay Bayındırla əvəzləmək variantını nəzərdən keçirib və ona bir neçə dəfə şans verib.

“Mançester Yunayted”in bir neçə oyunçusu bu qərarı dəstəkləyib. Futbolçular Onananın son matçlarda etdiyi səhvlərə, eləcə də Avropa Liqasının “Lion”la oyunundan (2:2) öncəki davranışına görə ona qəzəblidirlər.

Qeyd edək ki, Kamerun millisinin üzvü bu mövsüm “Mançester Yunayted”də ümumilikdə 43 oyuna çıxıb, 56 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.

Bənzər xəbərlər