featured-image-20350

İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Argentinanın “Rasinq” klubundan Karlos Alkarası transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. İngiltərə klubu bu transferə görə 13.65 milyon avro ödəyib.

Alkaras “Rasinq”in yetirməsidir. O, bu klubun əsas komandasında 83 oyuna 12 qol vurub.

Premyer Liqa klubu öz hücumçusu Dan Nlundulunu isə “Bolton”a icarəyə göndərib. İngiltərədən olan futbolçu bu ilin 31 mayına kimi icarədə çıxış edəcək.

Bənzər xəbərlər