featured-image-25171

Adam Lallana “Brayton”la müqaviləsinin müddətini uzadıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşma 2024-cü ilin iyununa kimi nəzrdə tutulub.

Komandanın baş məşqçisi Roberto De Dzerbi bəyan edib ki, Lallana ilə əməkdaşlığın davam etdirilməsi onlar üçün böyük şərəfdir.

Lallana “Sauthempton”da karyerasına başlayıb. O, 2020-ci ilin yayında “Liverpul”dan azad agent kimi “Brayton”a keçib.

34 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 18 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə  verib.

Qeyd edək ki, “Brayton” hazırda İngiltərə Premyer Liqasında 7-ci yeri tutur.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər