featured-image-20677

Almaniyanın “Hoffenhaym” klubu fransalı hücumçusu Jorjinyo Rutterlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, 20 yaşlı forvard İngiltərənin “Lids” klubuna transfer olunub.

Fransalı forvard yeni klubu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıb. “Lids” bu transfer üçün Almaniya klubuna 28 milyon avro ödəyib.

Rutter Fransanın “Renn” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında cəmi 750 min avro qarşılığında “Hoffenhaym”a keçmişdi. Gənc hücumçu Bundesliqa təmsilçisində keçirdiyi 64 oyunda 11 qol vurub.

Bənzər xəbərlər