Premyer Liqa klubunun istədiyi hücumçu
“Aston Villa” nigeriyalı forvardla güclənə bilər.
Msport.az xəbər verir ki, Birmingem klubu Keleçi İheanaçio ilə maraqlanır.
27 yaşlı futbolçu hazırda sərbəst status daşıyır. O, 2017-ci ildən çıxış etdiyi “Lester”i tərk edib. Onunla İngiltərə Premyer Liqasının digər klubları da maraqlanır.
Qeyd edək ki, 2023/2024 mövsümündə İheanaço İngiltərə Çempionşipdə 26 oyunda 6 qol vurub, 3 ötürmə edib. “Lester” çempionatı 1-ci pillədə başa vuraraq, Premyer Liqaya vəsiqə qazanıb.