featured-image-39810

İngiltərənin “Everton” klubunun Premyer Liqada 10 xalı silinib.

Msport.az xəbər verir ki, buna səbəb Liverpul təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozmasıdır.

Müstəqil komissiya araşdırma zamanı adı çəkilən komandanın 2021/2022 mövsümünün sonunda itkilərinin 124,5 milyon funt sterlinq təşkil etdiyini aşkarlayıb. Ancaq Premyer Liqanın şərtlərinə görə, itki 105 milyonu keçməməlidir. Klub qərarla bağlı apellyasiya şikayəti verəcək.

Hesabından 10 xal silindikdən sonra “Everton” İngiltərə çempionatında 19-cu pilləyə düşüb. Şon Dayçın kollektivi autsayder “Bernli” ilə eyni xala malikdir.

Bənzər xəbərlər