Premyer Liqa: Martın ən yaxşısı adına namizədlər
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər açıqlanıb.
Msport.az xəbər verir ki, bununla bağlı səsvermə 31 martda başa çatacaq.
Siyahıya üç mütəxəssis daxil edilib. Bunlar Ruben Amorim (“Mançester Yunayted” – 1 qələbə, 1 heç-heçə), Fabian Hyurtseler (“Brayton” – 1 qələbə, 1 heç-heçə) və Nunu Eşpiritu Santudur (“Nottingem Forest” – 2 qələbə).
Ən yaxşı futbolçu adına isə 6 iddiaçı var:
Janrisner Belleqard (“Vulverhempton”) – 3 məhsuldar ötürmə
Entoni Elanqa (“Nottingem Forest”) – 2 qol
Brunu Fernandeş (“Mançester Yunayted”) – 2 qol, 2 məhsuldar ötürmə
Nikola Milenkoviç (“Nottingem Forest”) – 1 qol, 1 məhsuldar ötürmə
Deklan Rays (“Arsenal”) – 1 qol
Yan van Heke (“Brayton”) – 1 qol.