featured-image-71212

İsveçin AİK klubuna məxsus olan 16 yaşlı vunderkind Kevin Fillinq karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Mançester Yunayted” skandinaviyalı forvardın xidmətində maraqlıdır.

“Qırmızı şeytanlar” perspektivli isveçlinin keçidi üçün qarşı tərəfə təxminən 3 milyon avro ödəməyyə hazırlaşır. “Mançester Yunayted”in Almaniya Bundesliqasından olan 2 komanda ilə oyunçu uğrunda mübarizə apardığı vurğulanıb.

Ruben Amorimin yetirmələri İngiltərə Premyer Liqasında 9 oyundan sonra 16 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Bənzər xəbərlər