Premyer Liqa nəhəngi futbolçusunu satır
“İnter” “Mançester Siti”dən Manuel Akanjini transfer etməyi planlaşdırır.
Msport.az xəbər verir ki, “neradzurra” 30 yaşlı futbolçu üçün 15 milyon avro ödəməyə hazırdır.
İsveçrəlinin “Mançester Siti” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Akanji hazırda “İnter”də icarə əsasında çıxış edir. İsveçrə millisinin futbolçusu karyerası ərzində “Vintertur”, “Bazel”, “Borussiya” (Dortmund) klublarında oynayıb.