Premyer Liqa nəhəngində yeni müqavilə hazırlığı
“Mançester Siti” müdafiəçisi Ruben Diaşla yeni müqavilə imzalayacaq.
Msport.az xəbər verir ki, tərəflər artıq müqavilənin uzadılması barədə razılığa gəliblər.
28 yaşlı portuqaliyalı futbolçunun “şəhərlilər”lə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Diaş 2020-ci ildən “Mançester Siti”də çıxış edir. O, komandanın heyətində 222 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.