Premyer Liqa nəhəngindən 85 milyonluq transfer
“Mançester Yunayted” yeni transfer gerçəkləşdirməyə hazırlaşır.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Leypsiq”dən Benjamin Şeşko ilə anlaşıblar.
22 yaşlı hücumçu ilə müqavilə 2030-cu ilin iyun ayına kimi qüvvədə olacaq. Daha əvvəl İngiltərə təmsilçisinin Benjamin üçün 85 milyon avro təklif etdiyi yazılmışdı.
Qeyd edək ki, Şeşko ötən mövsüm Bundesliqada 33 matçda 13 qol vurub.