featured-image-65206

“Arsenal” “Sportinq”in hücumçusu Viktor Qyokereşlə danışıqların irəliləmiş mərhələsindədir.

Msport.az xəbər verir ki, isveçi futbolçuya illik təxminən 9 milyon funt maaş olmaqla 5 illik müqavilə təklif edib.

Ulduz futbolçu ilə “topçular” arasında aparılan danışıqlara baxmayaraq, “Mançester Yunayted” və “Liverpul” da Qyokereşə ciddi maraq göstərir. Xüsusilə qeyd olunur ki, “mersisaydlılar” “Sportinq”in hücumçusunu Darvin Nunyesə potensial əvəzləyici kimi görürlər.

Qeyd edək ki, Qyokereş cari mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 52 qol, 13 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər