Premyer Liqa: “Qəbələ” “İmişli”yə, “Kəpəz” “Şamaxı”ya qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə 3 oyundur qol vura bilməyən və 1 xalla 10-cu yerdə olan “Qəbələ” 6-cı pillədə qərarlaşan “İmişli”ni qəbul edəcək.
Digər görüşdə isə 9-cu yerdə qərarlaşan “Şamaxı” Gəncədə 7-ci yerin sahibi “Kəpəz”in qonağı olacaq.
Turun qalan oyunları sentyabrın 5-6-da keçiriləcək.
Premyer Liqa
IV tur
4 sentyabr (cümə)
18:00.“Qəbələ” – “İmişli”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu
20:15.“Kəpəz” – “Şamaxı”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Nicat İsmayıllı
AVAR: Teymur Teymurov
Gəncə şəhər stadionu
5 sentyabr (şənbə)
18:30.“Sabah” – “Zirə”
20:30.“Neftçi” – “Şəfa”
6 sentyabr (bazar)
18:00.“Turan Tovuz” – “Sumqayıt”
20:15.“Qarabağ” – “Araz-Naxçıvan”







