Premyer Liqa tarixinin yeni antirekordu
İngiltərə Premyer Liqasında yeni antirekord qeydə alınıb.
Masport.az xəbər verir ki, “Lester”in quru hesablı məğlubiyyətləri buna səbəb olub.
Komanda bu mövsüm ardıcıl 6 dəfə doğma meydanında qol vurmadan uduzub. Rud van Nistelroyun yetirmələri son olaraq “Brentford”a 0:4 hesabı ilə yenilib. Bu göstərici isə Premyer Liqa tarixində yeni antirekorddur.
“Tülkülər” daha əvvəl “Arsenal”, “Fulhem”, “Kristal Pelas” və “Mançester Siti”yə eyni – 0:2, “Vulverhempton”a 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, “Lester” hazırda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.