featured-image-75414

Azərbaycan Premyer Liqasında XIV turdan təxirə salınan oyun bu gün keçiriləcək.

Msport.az xəbər verir ki, “Turan Tovuz” “Qəbələ”nin qonağı olacaq.

Qarşılaşma saat 15:00-da start götürəcək. Tovuz klubu 37 xalla 3-cü, meydan sahibləri 15 xalla 10-cu sıradadır.

Qeyd edək ki, ötən ilin dekabrında keçirilən oyun Qəbələdəki duman səbəbindən yarımçıq dayandırılmışdı.

Bənzər xəbərlər