Premyer Liqa: XX turu buraxacaq 4 futbolçu
Azərbaycan Premyer Liqasının XIX turu bir neçə futbolçunun cəzalı duruma düşməsinə səbəb olub.
Msport.az saytının məlumatına görə, 4 oyunçu çempionatın 20-ci turunu buraxmalı olacaq.
“Neftçi”nin müdafiəçisi Elvin Bədəlov “Qəbələ” ilə görüşdə qırmızı vərəqə aldığı üçün “Kəpəz”lə səfər qarşılaşmasında meydandakı yerini ala bilməyəcək. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade isə ikinci dəfə 4 sarı vərəqə limitini doldurub. Kabo-verdeli orta sahə oyunçusu mövsümdə 8-ci sarı vərəqəni aldığı üçün “Sumqayıt”la görüşdə komandasına kömək edə bilməyəcək.
Bundan başqa, “İmişli”dən Edvin Banquera və “Turan Tovuz”dan Filip Ozobiç 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb. Onlar müvafiq olaraq “Qarabağ” və “Şamaxı” ilə oyunları buraxmalı olacaqlar.
Qeyd edək ki, Misli Premyer Liqasında XX turun oyunları fevralın 14-16-sı aralığında keçiriləcək.







