Premyer Liqada ayın məşqçisi seçildi - 7-ci dəfə
Nunu Eşpiritu Santu İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi seçilib.
Msport.az xəbər verir ki, “Nottingem Forest”in baş məşqçisi mart ayının ən yaxşı çalışdırıcısı adına layiq görülüb.
O, azarkeşlər və ekspertlər arasında aparılan səsvermədə Ruben Amorim (“Mançester Yunayted”) və Fabian Hürtseleri (“Brayton”) qabaqlayıb. Santu bu mükafatı karyerası ərzində 7-ci dəfə qazanıb.
Qeyd edək ki, portuqaliyalı ötən ilin oktyabr və dekabr aylarında da çempionatın ən yaxşı məşqçisi seçilib.