featured-image-27101

İngiltərə Premyer Liqası təmsilçisi “Nottinqem Forest”də baş məşqçi dəyişikliyi ola bilər.

Msport.az xəbər verir ki, “meşəbəyi”lər baş məşqçi Stiv Kuperi istefaya göndərmək istəyir. Son 8 oyunda qələbə qazana bilməyən komanda hazırda 27 xalla 17-ci sırada qərarlaşıb. Komandanın rəhbərliyi bu durumu düzəltməsi üçün 43 yaşlı mütəxəssisə daha bir neçə oyunluq şans vermək istəyir.

Qeyd edək ki, Kuper 2021-ci ildən “Nottinqem Forest”in baş məşqçisidir.

Royal Türksoy

Bənzər xəbərlər