featured-image-26610

İngiltərə Premyer Liqasında cari mövsümün ən sürətli futbolçularından ibarət rəmzi heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, “Squawka” saytının tərtib etdiyi siyahıya “Nottingem Forest”in hücumçusu Brennan Conson başçılıq edir – 36,7 km/s. İkinci pillədə 36,63 km/s sürətlə “Çelsi”nin hücumameylli yarımmüdafiəçisi Mixail Mudrik qərarlaşıb. İlk “üçlüy”ü isə “Sauthempton”un qapıçısı Gevin Bauzunu (36,62 km/s) tamamlayır.

Rəmzi “11-lik” aşağıdakı kimidir:

Qapıçı: Gevin Bazunu (“Sauthempton”, 36,62 km/saat)

Müdafiəçilər: Dioqo Dalo (“Mançester Yunayted”, 35,76), Kristofer Ayer (“Brentford”, 35,53), Tayron Minqz (“Aston Villa”, 34,98), Kiran Tirni (“Arsenal”, 35,99) );

Yarımmüdafiəçilər: Entoni Qordon (“Nyukasl”, 36,61), Mateus Nunyes (“Vulverhempton”, 36,32), Denis Zakariya (“Çelsi”, 36,09), Mixail Mudrik (“Çelsi”, 36,63);

Hücumçular: Darvin Nunyes (“Liverpul”, 36,53), Brennan Conson (“Nottingem Forest”, 36,7).

Bənzər xəbərlər