featured-image-24847

“Mançester Yunayted”in çalışdırıcısı Erik ten Haq İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi seçilib. Msport.az xəbər verir ki, fevralda komanda onun rəhbərliyi altında Premyer Liqada 4 oyuna çıxıb və 10 xal qazanıb.

Niderlandlı mütəxəssis bu mövsüm 2-ci dəfədir ki, ayın ən yaxşı məşqçisi sayılır. O, buna qədər sentyabrda da fərqlənmişdi.

Ten Haq səsvermədə “Tottenhem”dən olan həmkarı Antonio Konte və “Fulhem”in baş məşqçisi Marku Silvanı qabaqlayıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər