featured-image-21068

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Aston Villa”nın hücumçusu Denni İnqzi transfer edib.

30 yaşlı forvard yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Vest Hem” bu transfer üçün “Aston Villa”ya 12 milyon avro ödəyib.

İnqz 2021-ci ildən “Aston Villa”da çıxış edirdi. O, bu komandada 52 oyuna çıxıb, 14 qol vurub. Hücumçu karyerası ərzində “Bornmut”, “Dorçester Taun”, “Bernli”, “Liverpul” və “Sauthempton” kimi klubların da formasını geyinib.

“Aston Villa” fransalı müdafiəçisi Frederik Gilber ilə də yollarını ayırıb. 28 yaşlı futbolçu Fransanın “Strasburq” klubuna keçib. O, yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb.

Frederik Gilber 2019-cu ildən “Aston Villa”da çıxış edirdi. Sağ cinah müdafiəçisi bu komandada 32 oyuna çıxıb, 3 qol vurub.

Bənzər xəbərlər