Premyer Liqada ötən ayın ən yaxşıları bilindi
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli olub.
Msport.az xəbər verir ki, hər iki mükafata “Bornmut”un üzvləri sahib çıxıblar.
Baş məşqçi Andoni İraola ən yaxşı çalışdırıcı, yarımmüdafiəçi Castin Klyuvert isə ən yaxşı oyunçu seçiliblər.
Qeyd edək ki, “Bornmut” ötən ay dörd oyundan üçündə qələbə qazanaraq, turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib