featured-image-40913

Futbol üzrə İngiltərə Premyer Liqasının XVIII turu əlamətdar hadisələrlə yadda qalacaq.

AZƏRTAC xəbər verir ki, ilk dəfə ölkə çempionatının oyununu qadın hakim idarə edəcək.

Dekabrın 23-də keçiriləcək “Fulhem” – “Börnli” görüşündə ədaləti Rebekka Uelş qoruyacaq. O, Premyer Liqa matçına təyinat alan ilk qadın referi kimi tarixə düşüb.

Uelş bu mövsüm həmçinin Çempionşipdə oyun idarə edən ilk xanım hakim olub. O, qadınlar arasında son dünya çempionatında da baş hakim olaraq fəaliyyət göstərib.

“Şeffild Yunayted” – “Luton” matçına təyinat alan Sem Allison isə 15 ildən sonra Premyer Liqada oyun idarə edəcək ilk qaradərili hakim olacaq.

Sözügedən qarşılaşma dekabrın 26-də oynanılacaq.

Bənzər xəbərlər