featured-image-48313

“Arsenal”ın futbolçusu Kay Kaverts İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, “Everton”la sonuncu tur matçında (2:1) fərqlənən oyunçu çempionatdakı qollarının sayını 13-ə çatdırıb. O, 7 dəfə məhsuldar ötürmə ilə də yadda qalıb.

Bu, liqanın 20 komandadan ibarət olmasından bəri (1995/1996) Premyer Liqada almaniyalı futbolçular arasında rekord göstəricidir.

Qeyd edək ki, Haverts cari mövsüm bütün turnirlərdə 14 qola imza atıb.

Bənzər xəbərlər