featured-image-46657

İngiltərənin “Vest Hem” klubunun futbolçusu Corc İrti Premyer Liqadakı debüt oyununda meydanı xərəkdə tərk edib.

Msport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Fulhem”ə 2:0 hesabı ilə uduzduqları 33-cü tur qarşılaşmasında başından zədə alıb.

O, 82-ci dəqiqədə Maykl Antonionu əvəzləyərək görüşə daxil olmuşdu.

Oyunçu qarşılaşmanın sonlarında komanda yoldaşı Edson Alvareslə toqquşub və ardınca xəstəxanaya yerləşdirilib.

Bənzər xəbərlər