Premyer Liqanı tərk edən ikinci klub
İngiltərə Premyer Liqasını tərk edəcək daha bir klub dəqiqləşib.
Msport.az xəbər verir ki, “Sauthempton”dan sonra “Lester”in də Çempionşipə yuvarlanacağı rəsmiləşib.
Komanda 33-cü turda “Liverpul”a evdə 0:1 hesabı ilə məğlub olub. Hazırda aktivində 18 xal olan “tülkülər” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır. Komanda 17-ci pillədəki “Vest Hem”dən 18 xal geri qalır. Bu isə o deməkdir ki, “Vest Hem” artıq “Lester” üçün əlçatmazdır.
Qeyd edək ki, “Lester” 2015-16 mövsümündə Premyer Liqanın qalibi olub.