Premyer Liqanın antirekordçusu
“Everton”un baş məşqçsi Devid Moyes antirekorda imza atıb.
Msport.az xəbər verir ki, onun komandası Premyer Liqanın XXX turunda Mersisayd derbisində “Liverpul”a 0:1 hesabı ilə məğlub olub.
Şotlandiyalı mütəxəssis İngiltərədə çalışdırdığı bütün klubların rəhbərliyi altında ardıcıl 20-ci oyundur ki, “Liverpul”u üstələyə bilməyib. O, bu uğursuz göstəriciyə çatan ilk məşqçidir.
Qeyd edək ki, 61 yaşlı Moyes İngiltərədə “Preston” (1998-2002), “Everton” (2002-2013), “Mançester Yunayted” (2013-2014), “Sanderlend” (2016-2017) və “Vest Hem”də (2017-2018 və 2019-2024) çalışıb.