Premyer Liqanın ən yaxşısı müəyyənləşdi
“Mançester Siti”nin hücumçusu Fil Foden bu mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib. Msport.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.
23 yaşlı forvard bu mövsüm 34 oyunda 17 qol vurub və 8 məhsuldar ötürmə verib.
Fodenlə yanaşı, Erlinq Holand (Mançester Siti), Aleksander İsak (Nyukasl), Martin Edeqor (Arsenal), Koul Palmer (Çelsi), Deklan Rays (Arsenal), Vircil van Deyk (Liverpul), Oli Uotkins (Aston Villa) mövsümün ən yaxşı adına namizəd idilər.
Qeyd edək ki, bir müddət əvvək Koul Palmer Premyer Liqada mövsümün ən yaxşı gənc futbolçusu seçilmişdi.