Premyer Liqanın məşqçisi təqvimdən narazıdır
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbol təqviminin get-gedə sıxlaşması məsələsinə münasibət bildirib. Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunların sayının artmasının futbolçuların ziyanına işlədiyini deyib:
“Ötən mövsümlərdə biz çoxlu oyunlar keçirdik. Biz klublararası dünya çempionatında son mərhələyə kimi irəliləsək, 70 matça çıxmış olacağıq.
70 oyun NBA-dakı kimidir, amma orada mövsümlər arasında dörd aylıq fasilə var. Bizdə isə cəmi 3 həftə fasilədir, yeni mövsümü hiss etmirsən, elə bilirsən hələ ötən çempionatdır. Belə olanda isə zədəlilərin sayı çox olur”.